Naqif Həmzəyev yenidən sədr seçildi
Konfransda YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev geniş hesabat məruzəsi ilə çıxış edərək, ötən müddətdə görülmüş işlər barədə məlumat verib. O deyib ki, Təşkilat siyasi və ideoloji cəhətdən daha da mətinləşərək yeni iş təcrübəsi ilə zənginləşib. Təşkilatın üzvlərinin sayını 40 minə çatıb.
Sonra YAP Gəncə şəhər təşkilatının nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.
Məruzə ətrafında çıxış edən konfrans nümayəndələri təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub, təşkilati məsələlər müzakirə edilib. Naqif Həmzəyev yenidən YAP Gəncə şəhər təşkilatının sədri seçilib. Konfransda 93 nəfərdən ibarət şəhər təşkilatının şurası, 27 nəfərdən ibarət idarə heyəti və nəzarət təftiş qrupu seçilib.
YAP Gəncə şəhər təşkilatının 40 mininci partiya üzvünə təntənəli şəkildə partiya vəsiqəsi, təşkilatın bir sıra fəal üzvlərinə Fəxri fərman təqdim edilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul olunub.
AzVision.az