DGK-dan spirtli içkilərin keyfiyyəti ilə bağlı açıqlama

DGK-dan spirtli içkilərin keyfiyyəti ilə bağlı açıqlama
  09 Dekabr 2017    Oxunub:1990
Bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra Azərbaycana idxal olunur.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin məlumatına görə, mərkəzin toksikologiya şöbəsində 2017-ci il ərzində idxal olunan spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə və ölüm hadisələri qeydə alınmayıb.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti