Silahlı qüvvələrin sahələri barədə qanunlar hazırlanacaq - Yenilənib
Qeyd edilib ki, qanun layihəsi 18 maddədən ibarətdir. Sazişdə hər iki tərəfdən əməkdaşlıq edəcək orqanların adları, əməkdaşlığın formaları, yardımın növləri və digər məsələlər öz əksini tapıb. Saziş müddətsiz olaraq bağlanıb.
Sonra iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun ikinci oxunuşda müzakirə olunub.
Komitənin sədri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsi çox mükəmməl hazırlanıb və çərçivə qanundur. Yəni bu qanunun qəbulundan sonra silahlı qüvvələrin ayrı-ayrı sahələri barədə ayrıca qanunlar hazırlanacaq.
Çıxış edən komitə üzvləri Aqil Abbas, Vüsal Hüseynov, Elman Məmmədov qanun layihəsini yüksək qiymətləndirdilər.
Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
AzVision.az
Teqlər: Milli-Məclis Ziyafət-Əsgərov