"Savadlı gənclərin vəkilliyə üz tutmasını istəyirik" - Yeni sədr
"Belə olan halda müdafiəçi kimi çıxış edən vəkil də yüksək bilik və bacarığa malik olmalıdır. Keçid balı məsələsi Vəkillər Kollegiyası tərəfindən tənzimlənmir, bizim qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququmuz yoxdur. Ədliyyə Nazirliyinin İxtisas Komissiyası keçid balının aşağı salınması barədə qərara gəlsə, biz etiraz etməyəcəyik".
A. Bağırov vəkilliyə qəbulda iş stajı məsələsinə yenidən baxılmasına tərəfdar olduğunu deyib: "Hazırda vəkilliyə qəbul üçün 3 il əmək stajı tələb olunur. Vəkilliyə bir vaxtlar istefaya getmiş hüquqşünaslar, bu və digər səbəbdən vəzifədən çıxanlar üz tutur. Biz ali məktəbi bitirən savadlı gənc hüquqşünasların vəkilliyə üz tutmasını istəyirik".
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Anar-Bağırov