Nazirliyə bir ayda 10 min müraciət edilib
Hər iki mərkəzə daxil olmuş müraciətlər əsasən sorğu xarakterli olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1557 sənəd (750 məktub, 589 ərizə, 218 digər sənəd) qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və dərs saatlarının verilməsi ilə bağlı məsələləri əhatə edib.
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi