Əli Kərimlinin oğluna 25 sutka həbs

Əli Kərimlinin oğluna 25 sutka həbs
  23 Sentyabr 2013    Oxunub:1561
Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin və onun dostu Ulvi Nuriyevlə cəbhəçi Coşqun Salahzadənin məhkəməsi bitib.
AzVision.az xəbər verir ki, Nəsimi rayon məhkəməsində aparılan proses qapalı keçib və mətbuat işçiləri iclasa buraxılmayıb.

Məhkəmə Türkel Kərimliyə 25 sutka həbs cəzası kəsib, onun dostları Ülvi Nuriyev və Coşqun Salahov barəsində isə 30 sutkalıq inzibati həbs qərarı seçilib.

Qeyd edək ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, həmin şəxslər dünən axşam radələrində prezidentliyə namizədlərin təbliğat materiallarını cırarkən polis əməkdaşları onlara intizama dəvət etmək istəyib. Lakin, həmin şəxslər yüngül dərəcəli sərxoş olublar və polisin qanuni tələbinə tabe olmayıb, səs-küy salıblar. Ona görə də onlar polis tərəfindən saxlanılıb, barələrində inzibati qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti