ANAMA-dan Cocuq Mərcanlı ilə bağlı operativ məlumat
Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.
Cocuq Mərcanlıda iyirmi gün ərzində doqquz partlamamış hərbi sursat (bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, iki ədəd RQ-42 əl qumbarası, iki ədəd TM-62 minasının gücləndiricisi və üç ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və bir ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib. 610 min 506 kvadratmetr ərazi tam təmizlənib, 172 min 900 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 6-dək ölkə üzrə, ümumilikdə, 7529 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 537 min 548 kvadratmetr ərazi yoxlanılıb.
AzVision.az
Teqlər: Cocuq-Mərcanli ANAMA