Çe Gevara ilə görüşən azərbaycanlı qadın
Leyla Vəkilli 1952-ci ildə İstanbulda Fransız Liseyində təhsil alıb. Sarbona Universitetini sosialogiya fakultəsini bitirb. Sonradan Fransada jurnalist kimi fəaliyyətə başlayıb. Dünyada 184 ölkədə bürosu olan Sipa-Press Agentliyində çalışıb.
Jurnalistlik fəaliyyəti ilə bağlı dünyanın bir çox ölkələrində olub. O, cümlədən Afrikaya, Latın Amerikasına, Fələstinə, Nikaraqua və Əlcəzairdə olub. Əlcəzairdə avtomobil qəzasında ağır yaralanıb. Əlcəzairdə Argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara ilə 3 saatlıq görüşdə iştirak edib.
1962-ci ildə Fransada Nazim Hikmətlə görüşüb. Fransada Türk Filim Festivalının qurucularından olub. Fransada cap olunan “DEFİ” jurnalının baş redaktoru olub. 1996-cı ilədək Parisdə yaşayıb. Həmin il Türkiyəyə Bodurumun Muğla şəhərinin, Türkbükü bölgəsinə köçüb. 26 noyabr 2017-ci il tarixdə dünyasını dəyişib.
Qeyd edək ki, Leyla Vəkilli tanınmış hüquqşünas Səməd Vəkilovun bibisidir.
AzVision.az
Teqlər: Leyla-Vəkilli