DİN: “Əli Kərimlinin oğlu sərxoş olub”

DİN: “Əli Kərimlinin oğlu sərxoş olub”
  23 Sentyabr 2013    Oxunub:1760
Daxili İşlər Nazirliyi Əli Kərimlinin oğlu Türkəl Kərimlinin saxlanılmasına münasibət bildirib.

AzVİsion.az-a bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib.

“Dünən axşam radələrində bir qrup gənc prezidentliyə namizədlərin təbliğat materiallarını cırarkən polis əməkdaşları onlara intizama dəvət etmək istəyib. Lakin, həmin şəxslər yüngül dərəcəli sərxoş olublar və polisin qanuni tələbinə tabe olmayıb, səs-küy salıblar. Ona görə də onlar polis tərəfindən saxlanılıb, barələrində inzibati qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub. Və baxılması üçün məhkəməyə göndərilib”.

DİN-in rəsmisi qeyd edib ki, saxlanılan zaman şəxslərin kimliyi məlum olmayıb: “Sadəcə sənədləşdirilərkən onların şəxsiyyəti müəyyən edilib. Burada hər hansı siyasi motivasiya, çalar axtarmaq düzgün deyil. Konkret olaraq bu şəxslər, inzibati xəta törətdikləri üçün polis tərəfindən saxlanılıblar”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti