DİN-dən mitinqlə bağlı rəsmi açıqlama

DİN-dən  mitinqlə bağlı rəsmi  açıqlama
  23 Sentyabr 2013    Oxunub:1033
Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın dünən keçirilən mitinqi barədə rəsmi məlumat yayıb.
DİN mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilib: “Sentyabrın 22-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də, bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti