Moskvada Xəzərin statusu müzakirə ediləcək

Moskvada Xəzərin statusu müzakirə ediləcək
  03 Dekabr 2017    Oxunub:1872
Dekabrın 4-də Rusiya Federasiyasının paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci iclası keçiriləcək.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, iclasda Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın maddələri müzakirə ediləcək.

Nazirlər, həmçinin gəmiçilik, qanunsuz balıq ovunun qarşısının alınması, dənizdə təhlükəsizliyin təmin edilməsi məsələlərinə də toxunacaqlar.

AzVision.az


Teqlər: Rusiya   Moskva   Xəzər  





Xəbər lenti