Azərbaycan ilk dəfə bu konfransa qatıldı
Ümumilikdə tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətinin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması, elektron xidmət növlərinin faydaları barədə məsələlər müzakirə olunacaq.
F.Muradov müzakirəyə çıxarılan məsələlərlə bağlı da öz fikirlərini açıqlayacaq, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə barədə məlumat verəcək.
Özünün "Tvitter" səhifəsində komitə sədri bildirib ki, bu böyük və olduqca əhəmiyyətli konfransda Azərbaycan ilk dəfədir ki, təmsil olunur. Konfransa 70 ölkədən nümayəndələr qatılıb.
Ölkəmizi 4-cü Dünya İnternet Konfransında təmsil edən komitə sədri dekabrın 6-da Vətənə dönəcək.
AzVision.az
Teqlər: Vyana Konfrans Fuad-Muradov