Cəlilabadda bir qrup şəxs meşə gözətçisini döyüb
Ağır bədən xəsarətləri alan meşə gözətçisi xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı qabırğasının çatladığı, bədəninin bir neçə yerində əzilmələr olduğu müəyyən edilib. Hazırda o, xəstəxanada həkim nəzarəti altında müalicə olunur.
Faktla bağlı rayon polis şəbəsinə məlumat verilib. Müəyən edilib ki, meşə gözətçisinə xidməti vəzifəsini icra edərkən ağır bədən xəsarətləri yetirənlər rayonun Musalı kənd sakinləri Cavid İsfəndiyar oğlu Muradov, Şəmu Yavər oğlu Muradov, Şəhram Abasəli oğlu Həsənovdur.
Qeyd edək ki, nazirliyin əməkdaşlarına qarşı bu cür insidentlər dəfələrlə baş verib, meşələrin mühafizəsi zamanı meşə işçiləri ayrı-ayrı şəxslərin ciddi müqavimətləri, fiziki təzyiqləri ilə üzləşib: "Bildirik ki, meşələrə qanunsuz müdaxilələrin qarşısı meşə işçilərinin həyatı bahasına alınır, xeyli sayda təbiət mühafizəçisi fiziki təzyiqlərə məruz qalaraq yaşıllıqların, ətraf mühitin qorunmasında fədakarlıq göstərir".
AzVision.az