Ziyafət Əsgərov Moskvada narkomaniyadan danışacaq
Azərbaycan nümayəndə heyətinin başçısı Ziyafət Əsgərov çıxışı zaman narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair fikirlərini bölüşəcək, təkliflərini diqqətə çatdıracaq.
Plenar iclasdan sonra konfrans öz işini üç seksiyada davam etdirəcək. Narkotikdən asılılığın aradan qaldırılması və narkomanların reabilitasiyasında müasir metodlar, narkotəhlükəyə qarşı mübarizə məsələləri gündəmdə olacaq.
Milli Məclisin birinci vitse-spikeri “Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin qanunvericiliklə tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusuna həsr olunmuş seksiyada aparılan müzakirələrə qatılacaq.
Səfər dekabrın 5-də başa çatacaq.
AzVision.az
Teqlər: Milli-Məclis Rusiya Səfər