“Bakı bəyannaməsi əhəmiyyətli sənəddir” – Araz Əzimov
AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
“İstanbul prosesi region ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır. Biz Əfqanıstanın müstəqilliyi və suverenliyini dəstəkləyən proseslərdə maraqlıyıq. Təhlükəsizlik və iqtisadiyyat sahələrində bir sıra naəliyyətlər əldə olunub. Biz həmsədrlik missiyamızı uğurla başa çatdırmışıq. Bakı bəyannaməsi əhəmiyyətli sənəddir.
Bu sənəd bizi siyasi bəyanatlardan paraktik işlərə sövq edir və gələn il yeni həmsədr kimi Türkiyəyə bu addımları reallaşdırmaq üçün yeni alətlər verir. Biz həmsədr olaraq Əfqanıstana dəstək çərçivəsində bu ölkənin dostu olaraq qalırıq. Bu il Əfqanıstan üçün İstanbul prosesi çərçivəsində uğurlu il oldu”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: XİN Azərbaycan