“Azərbaycan sülhün təmin olunmasında böyük rol oynayır" - Sekuta
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.
Səfir əlavə edib ki, Birləşmiş Ştatlarla və Azərbaycanın əməkdaşlıq etdiyi sahələrdən biri də məhz Əfqanıstanda sabitlik və əmin-amanlığın təmin olunmasıdır. O, qeyd edib ki, ABŞ bütün ölkələri terrorla mübarizədə Əfqanıstana dəstəyə çağırır və bu prosesin irəli aparılmasını, möhkəmləndirilməsini arzulayır: “Azərbaycan sülhün və əmin-amanlığın əldə olunmasında xüsusilə Əfqanıstanda çox önəmli işlər görüb. Azərbaycanın sülhməramlı qüvvələrinin Əfqanıstanda iştirakı, hava məkanının koalisiya qüvvələrinə təqdim etməsi, Bakı -Tbilisi -Qarsın istismara verilməsi, İpək yolunun bərpa edilməsi çox önəmli töhfələrdir. Bu töhfələr Əfqanıstanın dünyanın müxtəlif regionları ilə daha sıx əlaqələr qurmağa kömək edir”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: ABŞ Azərbaycan Sekuta