Şəxsiyyət vəsiqəsini itirənlər cərimələnməyəcək
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" və "Pasportlar haqqında” qanunlarına dəyişiklik edilib.
"Pasportlar haqqında” qanundan da həmin sözlər çıxarılıb.
İnzibati Xətalar Məcəlləsinin 566-cı (Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsi və ya qəsdən korlanması) maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 məbləğində cərimə edilir.
Beləliklə, Azərbaycanda şəxsiyyət vəsiqəsini, pasportunu, itirənlər və ya qəsdən korlayanlar cərimələnməyəcək. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
AzVision.az
Teqlər: Milli-Məclis Qanun