“Azərbaycanın təcrübəsini öyrənmək istəyirik” - Əfqanıstan prezidenti
“NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, siz öz hava dəhlizinizi açdınız. Bakının gözəlləşdirilməsinə, onun yüklərin sürətli çatdırılma mərkəzinə çevrilməsinə böyük həcmdə resurslar ayırdınız. İndi isə artıq Lapis-Lazuli sazişi imzalanıb. Fikrimcə, aramızda səmimi şəxsi münasibətlər, o cümlədən ölkələrimiz arasında yaxşı gələcəyi olan əlaqələr qurulub. İcazə verin, öz mülahizələrimi bildirim. Sonra isə, göstərişlərimiz əsasında həmkarlarımız işləyə bilərlər. Əvvəlcə, Sizin təcrübənizdən öyrənməyi çox arzulayırıq. Rabitə Nazirliyimiz hazırda “ASAN xidmət”i ölkəmizdə həyata keçirir”, - deyə o vurğulayıb.
AzVision.az
Teqlər: İlham-Əliyev Əfqanıstan NATO