ASAN könüllülərinin III spartakiadası keçirilib
Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Mahir Hətəmovun layihə rəhbəri olduğu "Sağlamlıq Günü: “ASAN Könüllülərinin III Spartakiadası" layihəsi çərçivəsində təşkil olunan yarışda iştirakçılar atletika, velosiped yarışı, atıcılıq, üzgüçülük, qol gücü, kəndirdartma kimi idman növləri üzrə güclərini sınayıblar.
Spartakiadada 7 fərqli bölgədən olan gənclər komandalar və fərdi şəkildə iştirak edib.
Tədbirin sonunda ümumi idman növləri üzrə ən çox xal qazanaraq I, II, III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunub. ASAN Könüllülərinin III Spartakiadasının kuboku I yeri tutmuş 3 saylı “ASAN xidmət” mərkəzininin könüllülərdən ibarət komandasına təhvil verilib.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərimizə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq, onları virtual aləmdən asılıqlarını olduqca minimallaşdırıb idman ətrafında cəmləşdirmək və nəhayət, bu cür oyunları mütəmadi olaraq şəhər, region və ölkədaxili keçirməklə Azərbaycanın gənclərini əhətə etməkdir.
AzVision.az
Teqlər: ASAN