Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  22 Sentyabr 2013    Oxunub:1216
Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometereoloji proqnozlar bürosundan verilən məluamta görə, temperatur gecə 17-19°, gündüz 20-24° isti, Bakıda gecə 17-19°, gündüz 21-23° isti olacaq.

Atmosfer təzyiqi 754-757 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 10-15°, gündüz 20-25° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 6-11°, gündüz 12-17° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı ehtimalı var. Gecə 13-18°, gündüz 19-24° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə 11-16°, gündüz 17-22° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-19°, gündüz 21-26° isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı ehtimalı var. Gecə 16-19°, gündüz 20-25° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti