Cəbhə xəttində atəşkəs pozulub

Cəbhə xəttində atəşkəs pozulub
  22 Sentyabr 2013    Oxunub:1162
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yayadığı məlumata görə, ermənilər Füzuli rayonunun Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kurapatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

AzVision.az


Teqlər:





Xəbər lenti