İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?
  21 Sentyabr 2013    Oxunub:987
Axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Havanın temperaturu gecə 18-22, gündüz 24-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 22-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti