Deputat “Azəristiliktəchizat”ın fəaliyyətindən narazıdır

Deputat “Azəristiliktəchizat”ın fəaliyyətindən narazıdır
  22 Noyabr 2017    Oxunub:1450
Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Gənclər və idman komitəsinin sədri Fuad Muradov Xətai rayonunda müxtəlif yataqxanalarda istilik probleminin olduğunu diqqətə deyib.
AzVision.az xəbər verir ki, komitə sədri “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazılığını bildirib.

“Xətai rayonunda vaxtilə zavod və fabriklərə məxsus yataqxanalar olub. Bu yataqxanalardan bəziləri sökülüb. Amma qalanlarının istiliklə təchizatında problemlər var. “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında problem var. “Azəristiliktəchizat”in “Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın. Bu məsələ “Azəriqaz”a da aiddir. Əgər onlar dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilmirsə, o zaman özəlləşdirilsinlər”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti