Neftçilər 6 il tez pensiyaya çıxır - RƏSMİ MƏLUMAT

Neftçilər 6 il tez pensiyaya çıxır - RƏSMİ MƏLUMAT
  20 Sentyabr 2013    Oxunub:1372
Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370 manat təşkil edir.
AzVision.az-a bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, neft sənayesində çalışanş pensiyaçıların sayı isə 26 min nəfərdən artıqdır.

2001-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 20 sentyabr “Neftçilər günü” elan edilib və bu tarix Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu neft strategiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın hərtərəfli inkişafında, əhalinin sosial rifahının gücləndirilməsində mühüm rol oynayıb.

Ölkəmizdə neftçilərin əməyi yüksək dövlət qayğısı ilə əhatə olunub və dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır. Belə ki, bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir. 2013-cü ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91,5 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.


Teqlər:  





Xəbər lenti