Bakıda sərnişin avtobusu dəhşətli qəza törədib

Bakıda sərnişin avtobusu dəhşətli qəza törədib
  20 Sentyabr 2013    Oxunub:1051
Bakının Səbail rayonu ərazisində, Şıxov yolunda 120 saylı sərnişin avtobusu qəzaya uğrayıb.
Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsindən verilən məlumata görə, avtobus qəzası nəticəsində 1 nəfər ölüb, 8 nəfər ağır yaralanıb.

Hadisə şahidlərinin verdikləri məlumata görə, "Dostluq" kafesinin yaxınlığında baş verib.

Dünyasını dəyişən şəxs avtobusun sürücüsüdür.

Qəzaya uğrayan avtobusun dövlət nömrə nişanı 10 TF 869-dur. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb. Hazırda polis əməkdaşları hadisə yerindədirlər. Qəzanın baş vermə səbəbləri araşdırılır.(ans)


Teqlər:





Xəbər lenti