Lənkəran sakinləri İlham Əliyevi dəstəkləyir

Lənkəran sakinləri İlham Əliyevi dəstəkləyir
  20 Sentyabr 2013    Oxunub:983
Lənkəran sakinləri prezident seçkisində Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər.
Bu barədə fikirlər Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Cavanşir Paşazadənin cümə axşamı Lənkəranın Vilvan, Şağlasel, Xarxatan, Zövlə kəndlərinin sakinləri ilə görüşündə səsləndirilib.

C.Paşazadə bu gün keçirdiyi görüşlərdə bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatı inkişaf dinamikasına görə dünya liderləri sırasındadır, yaşayış səviyyəsinə görə isə keçmiş sovet ölkələri arasında ilk yerlərdən birini tutur. Dünya Bankı bu ən böyük Cənubi Qafqaz ölkəsini dünyada 1 nömrəli islahatçı ölkə elan edib.

Deputatın sözlərinə görə, hərtərəfli savada malik və müasir siyasət və iqtisadiyyatı yaxından bilən, dövrün nəbzini tutmağı bacaran Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir: "Regiondakı irimiqyaslı layihələrin Azərbaycanın iştirakı olmadan reallaşmaması buna bariz göstəricidir. Azərbaycan artıq dünya xəritəsində öz yerini təsdiqləmiş və sürətlə inkişaf edən dövlətdir".

C.Paşazadə qeyd edib ki, xalq yekdilliklə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevi cəmiyyətin alternativsiz lideri kimi irəli sürüb, Azərbaycanın parlaq gələcəyinin onunla bir yerdə reallaşacağı həqiqətini qəbul edib.

Görüşdə çıxış edən Lənkəran sakini Pərviz Dadaşov bildirib ki, son 10 ildə bütün regionlarda olduğu kimi, Lənkəranda da böyük quruculuq işləri aparılıb, böyük infrastruktur obyektləri, abadlıq işləri, parklar, kənd yolları tikilib. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan xalqına verdiyi dəyərdən irəli gəlir. Ona görə, xalq növbəti illərdə də İlham Əliyevi ölkənin Prezidenti kimi görmək istəyir.

Digər sakinlər Əlizadə Əliyev, İlyas Əliyev, Bülbül Sadıxov da çıxışlarında Azərbaycanın parlaq gələcəyini İlham Əliyevin rəhbərliyi altında gördüklərini vurğulayıblar və bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ötən 10 il ərzində uğurla icra edilib, işsizliyin aradan qaldırılması üçün qarşıya qoyulan hədəflərə nail olunub. (Trend)


Teqlər:  





Xəbər lenti