Hafiz Hacıyev İqbal Ağazadəyə “agent” dedi

Hafiz Hacıyev  İqbal Ağazadəyə “agent” dedi
  20 Sentyabr 2013    Oxunub:1585
Sentyabrın 19-da İctimai Televiziyanın prezidentliyə namizədlər üçün təşkil etdiyi debatda qalmaqal yaşanıb. İTV-nin canlı efirində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev kəskin çıxış edib və müxalifətdən olan rəqiblərini təhqir edib.
Milli Şuranın vahid namizədi Cəmil Həsənlini “Satqınlar Şurası”nın nümayəndəsi adlandıran H.Hacıyev Milli Şura tərəfindən hədələndiyini deyib.O, Milli Şuranı “ingilis kəşfiyyatına” işləməkdə ittiham edib, AXCP sədri Əli Kərimlinin şəxsiyyəti barədə təhqiramiz ifadələr işlədib.

Daha sonra o, debatda yanında oturan Ümid Partiyasının sədri İqbal Ağazadəni də təhqir edərək onu xariclərə işləməkdə ititham edib: "Yanımda oturan agent (İqbal Ağazadəni nəzərdə tutur-red.) danışır, durur aradan cırır qaçır. Yığışdırın özünüzü, siz məni məhv edə bilməzsiniz. Sizin hamınızı mən məhv edərəm!”-deyə H. Hacıyev qəzəbli şəkildə vurğulayıb.

Qeyd edək ki, bunadək onun üçün ayrılmış efir vaxtından tam istifadə edən İqbal Ağazadə çıxışını başa vuraraq studiyanı tərk etmişdi.(modern.az)



Teqlər:  





Xəbər lenti