BTQ ilə yola salınan ilk qatar Mersinə çatıb

BTQ ilə yola salınan ilk qatar Mersinə çatıb
  05 Noyabr 2017    Oxunub:2260
Qazaxıstandan yola çıxan qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb.
"Anadolu" agentliyinin məlumatına görə, 30 konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib. Qatarla 600 ton buğda daşınıb.

Xatırladaq ki, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan dövlət və hökumət başçılarının iştirakı ilə oktyabrın 30-da istifadəyə verilib.

AzVision.az


Teqlər: BTQ  





Xəbər lenti