Səlim Müslümov Tovuza gedir

Səlim Müslümov Tovuza gedir
  19 Sentyabr 2013    Oxunub:1018
DSMF sədri Səlim Müslümov Tovuz rayonunda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 26 sentyabr 2013-cü il tarixdə, saat 10:00-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

AzVision.az xəbər verir ki, vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34, Şəmkir rayon şöbəsində (022) 305 - 30 - 33, Gədəbəy rayon şöbəsində (022) 326 -00- 93, Qazax rayon şöbəsində (022) 295 - 27- 96, Ağstafa rayon şöbəsində (022) 225 - 26- 12, Tovuz rayon şöbəsində (022) 315-00-40.

Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 26-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Tovuz rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunacaq.


Teqlər:  





Xəbər lenti