General Müsavat partiyasına xəbərdarlıq etdi
AzVision.az xəbər verir ki, Baş İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, paytaxtda razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir:
S. Bağırov piketin təşkilatçılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
Qeyd edək ki, Müsavat Partiyası noyabrın 3-də saat 15.00-da Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında piket keçirilməsi ilə bağlı müraciət edib. Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və piket keçirilməsinə razılıq verilməyib.
Müsavat Partiyası BŞİH-in bu qərarını qanunsuz sayaraq bu gün saat 16.00-da həmin ünvanda piket keçirəcəyini bildirib.
AzVision.az
Teqlər: Səhlab-Bağırov