XİN “New York Times”ın müraciətinə baxır

XİN “New York Times”ın müraciətinə baxır
  19 Sentyabr 2013    Oxunub:883
`Əsas odur ki, qarşı tərəf Qarabağa səfər etmək üçün Azərbaycana müraciət edib `.

Bunu AzVision.az-a Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “New York Times” qəzetinin Moskva filialının jurnalistlərinin Dağlıq Qarabağa səfər etmək üçün Azərbaycan XİN-ə müraciət etməsi ilə bağlı danışarkən deyib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, edilən bütün müraciətlərə baxılır və sonra həmin adamlara Azərbaycanın öz mövqeyi çatdırılır. Əsas məsələ qarşı tərəfin Azərbaycana müraciət etməsidir`.

E.Abdullayev bildirib ki, müraciətlərə qısa müddətdə cavab verilir.

Qeyd edək ki, New York Times” qəzetinin Moskva filialının bir neçə jurnalistinin Azərbaycanın işğal olunmuş ərazilərinə münaqişənin işıqlandırılması üçün səfər etmək niyyətindədir. Bununla bağlı onlar Azərbaycanın Xarici İşlər Nazirliyindən icazə istəyiblər. Daha sonra onlar Azərbaycana da səfər edəcəklərini və münaqişə ilə bağlı obyektiv məqalə hazırlayacaqlarını bildiriblər.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti