Eldar İbrahimov: “Biz öz xeyrimizi bilmirik”

Eldar İbrahimov: “Biz öz xeyrimizi bilmirik”
  19 Sentyabr 2013    Oxunub:1421
“Kənd təsərrüfatı məhsullarının sığortası ilə bağlı təbliğatımız zəifdir”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

O qeyd edib ki, bununla bağlı təbliğat olmalıdır: “İnsan sağlamlığı ilə bağlı hamı danışır ki, tibbi sığorta hökmən lazımdır. Amma heç kim buna getmir. Ona görə təbliğat olmalıdır. İnsanlar bunun mahiyyətinin başa düşməlidir ki, kənd təsərrüfatı məhsullarının sığortası istehsalçılara xeyirdir. Sığorta olunur, sabah məhsula nəsə ziyan dəyərsə proseslə əlaqədar o dövlətdən sığortalandığı üçün pulunu alacaq. Yəni, biz öz xeyrimizi bilmirik, ona görə də əziyyət çəkirik”.

Kənd təsərrüfatı məhsdullarının sığortalanmasının tərəfdarı olan Eldar İbrahimov bildirib ki, komitənin gündəliyinə daxil edilən məsələlərə də toxunulub.

“Yeyinti məhsulları haqqında” Qanunu əvvəl qəbul etmişik, artıq o köhnəlib. Biz bununla bağlı artıq yeni bir qanun işləməliyik. Bu qanunlara yamaq vura-vura gətirik, bu dəyişiklərin birini bilirlər digərini yox. Ona görə qanunların üzərində işləmək lazımdır.
Prezident Aparatı, Nazirlər Kabinetindən gələn əlavə və dəyişikiləri ümumiləşdirib yeni qanun qəbul olunarsa onu da istifadə edən yaxşı başa düşə bilər.

"Yeyinti məhsulları haqqında”qanuna dəyişiklik etsək, çoxu bu haqda məlumatsız olacaq. Biz də o məsələlər olmasın deyə o qanunların yenidən işləyib zamanın tələbinə uyğunlaşdırmalıyıq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti