Sabah da yağış yağmayacaq

Sabah da yağış yağmayacaq
  18 Sentyabr 2013    Oxunub:1079
Axşam buludluluq artacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam buludluluq artacaq. Şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Bölgələrdə havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti