"Neft Daşları"nda yeni quyu istismara verilib

"Neft Daşları"nda  yeni quyu istismara verilib
  18 Sentyabr 2013    Oxunub:1343
"Neft Daşları" yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2181 nömrəli quyu qazmadan sonra istismara verilib.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu 2528-2518 metr intervaldan sutkalıq 20 ton neft və 20 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti