Deputat Zəhra Quliyeva ilə bağlı kitab yazıb

Deputat Zəhra Quliyeva ilə bağlı kitab yazıb
  23 Oktyabr 2017    Oxunub:5444
Bu gün millət vəkili Aydın Mirzəzadənin tərtibçiliyi ilə "Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi" adlı kitabı nəşrdən çıxıb.
AzVision.az-ın məlumatına görə, kitab 4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəsində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib.

Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaramış ağır vəziyyəti xarakterizə edən faciəvi bir insindentə dünya və Azərbaycan ictimaiyyətinin münasibəti göstərilib.

Kitabda ancaq rəsmi materiallar əsasında hadisəyə həm Azərbaycan, həm Ermənistan rəsmi hakimiyyət orqanlarının münasibəti, beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin reaksiyası verilib. Xaricdəki Azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə də materiallar öz əksini tapıb.

Erməni nümayəndələrinin fərqli münasibətləri də kitabın tərkib hissəsidir.

Kitabda rəsmi materiallara istinad edilərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin münaqişə dövründə uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə də materiallar verilib.

Kitabı buraxmaqda əsas məqsədlərdən biri də bu ağır tarixi anı gələcək nəsillərlə faktoloji formada tanış etməkdir.
Kitab politoloqlar, tarixçilər və problematika ilə maraqlananlar üçün nəzərdə tutulub.

Kitab yaxın günlərdə Fizuli rayonunun Alıxanlı kəndində Zəhra Quliyevanın valideynlərinə və kənd nümayəndələrinə təqdim ediləcəkdir.

On bir fəsil, 288 səhifəlik kitabda 296 rəngli şəkil verilib. 500 tirajla "Azərbaycan" nəşriyyatında çap olunub.
Kitabın tərcümə edilərək xarici ölkələrdə çap edilməsi də nəzərdə tutulur.

Kitabda AzerTac, Sia.az, Report.az, AzVision.az, Publika.az, 1news.az, Modern.az, APA, Armenia.az saytlarının, CBC və ARB telekanallarının və bir sıra xarici mətbuat orqanlarının materiallarından istifadə edilib. Kitabın üz qabığındakı kollajın müəllifi ölke.az saytının baş redaktoru Məmməd Gülmmədovdur.

Qeyd edək ki, kitabın məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmələri doktoru, professor Əli Həsənovdur.

AzVision.az


Teqlər: Kitab   Alıxanlı   Zəhra-Quliyeva  





Xəbər lenti