QMİ: `Həcc ziyarəti təxirə salınmayacaq`

QMİ: `Həcc ziyarəti təxirə salınmayacaq`
  17 Sentyabr 2013    Oxunub:1341
`Səudiyyə Ərəbistanında hər hansı virusun yayılması ilə bağlı bizə heç bir məktub daxil olmayıb`.
`Hər il olduğu kimi Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanla bağlanmış müvafiq protokollar əsasında həcc ziyarətini həyata keçirir. Bu baxımdan bu protokollarda əksini tapmış bütün məqamlar, yeniliklər təlimatlara uyğun olaraq aparılır`

Bunu AzVision.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova oktyabrda həcc ziyarətinin təxirə salınıb -salınmamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə zəvvarların həcc ziyarəti təxirə salınmayacaq.

`Səudiyyə Ərəbistanında hər hansı virusun yayılması ilə bağlı bizə heç bir məktub daxil olmayıb. Buna görə də xüsusi bir tədbir yox, bütövlükdə zəvvarlarımızı qorumaq üçün əlimizdən gələni edəcəyik. Həcc ziyarətinə neçə gün qalırsa –qalsın bu fikirlər tam təsdiqini tapsa, bizə məktub daxil olsa müvafiq tədbirlər görüləcək`.

Qeyd edək ki, Rusiyanın baş sanitar həkimi Gennadi Onişenko ölkə müsəlmanlarını bu il həccə getməməyə çağırıb.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında Yaxın Şərq Respirator Sindromunun törədicisi olan koronovirus yayılıb. Onişenko deyib ki, son 1 il ərzində həmin bölgədə bu xəstəliyə 114 yoluxma halı qeydə alınıb və onların yarısı ölümlə nəticələnib. Dünya səhiyyə Təşkilatının sözlərinə görə, vəziyyət pisləşməkdə davam edir.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti