Mixail Zabelin: `İlham Əliyevi fərqləndirən əsas cəhət...`

Mixail Zabelin: `İlham Əliyevi fərqləndirən əsas cəhət...`
  17 Sentyabr 2013    Oxunub:1068
Azərbaycandakı Rus İcmasının rəhbəri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin YAP-ın saytına müsahibə verib. Müsahibədən bir hissəni oxuculara təqdim edirik.
`Bütün Azərbaycan xalqı kimi Azərbaycanın Rus İcması da Prezidentimiz İlham Əliyevin demokratik, hüquqi dövlət quruculuğuna, cəmiyyətdə həmrəyliyə, Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri arasında tolerantlıq və dostluq mühitinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və xalqın həyat səviyyəsinin artmasına yönəldilmiş əməli fəaliyyətini yüksək qiymətləndirir.

Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində biz prezidentliyə yeganə layiqli namizəd kimi İlham Əliyevin namizədliyini Azərbaycanda yaşayan bütün ruslar adından yekdilliklə dəstəklədiyimizi bəyan edirik. Biz taleyimizi və uşaqlarımızın taleyini əvvəlki kimi Ona etibar etməyə hazırıq.
İlham Əliyev sıradan bir insan deyil. O, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyev və nəcib insan, görkəmli oftalmoloq alim, geniş qəlbli vətəndaş olan Zərifə xanım Əliyevanın ailəsində tərbiyə almış, Ulu öndərdən siyasi dərs almış bir ŞƏXSİYYƏT, bacarıqlı dövlət xadimidir.

Müstəqillik əldə etdikdən sonra indiyədək bircə dəfə də olsun Azərbaycanda yaşayan milli azlıqların hüquqlarını məhdudlaşdıran hər hansı qərar qəbul olunmayıb. Odur ki, ölkə ərazisində yaşayan etnik xalqların nümayəndələrinin cənab İlham Əliyevə böyük rəğbətləri var.

Bu məsələnin bir tərəfi, gəlin indi başqa tərəfdən baxaq. Ölkə prezidenti olmaq istəyən istənilən namizədin şəxsi keyfiyyətlərinə baxaq və onları hazırkı dövlət başçısı İlham Əliyevlə müqayisə edək. Xarici görkəmindən tutmuş, istənilən vəziyyətlərdə özünü idarə etmək bacarığınadək, natiqliq qabiliyyətindən tutmuş,-hansı ki, siyasətçi üçün çox böyük önəm daşıyır,- müxtəlif dillərdə sərbəst danışmaq bacarığınadək, dövləti idarəetmə bacarığından tutmuş iş təcrübəsinədək- siyasətçi üçün vacib olan bütün bu keyfiyyətlər digərlərində yoxdur. Məsələn, sadə bir müqayisə aparaq. Bir anlıq təsəvvür edək ki, eyni bir məkanda çıxış etmək İlham Əliyev və Cəmil Həsənov çıxış etmək üçün tribunaya çıxırlar. Baxmayaraq ki, mənim Cəmil müəllimə böyük hörmətim var, amma düzünü deməliyəm- onların arasında yerlə göy qədər fərq var. Rusların belə bir atalar sözü var: "Səni xarici görünüşünə görə qarşılayırlar, amma ağlına görə yola salırlar". Bax mən deyərdim ki, cənab İlham Əliyevi digər namizədlərdən fərqləndirən əsas cəhət Onun bilik və bacarığı, güclü idarəetmə və iqtisadi biliklərə malik olması, səriştəli siyasətçi olmasıdır.

Bəzən deyirlər ki, prezidentin ətrafında onun komandası olur və onlar, eyni zamanda, ölkənin idarəetməsinə töhfələrini verirlər. Razıyam, amma dövlətin əsas strateji xətti, iqtisadi planları, regionların inkişaf perspektivləri əsaslarını prezident müəyyən edir. Odur ki, idarəçilik bacarığı, liderlik keyfiyyətləri burada böyük önəm daşıyır. Əks düşərgədən olan ekspertlər belə mülahizə yürüdürlər ki, guya Azərbaycanda prezidentin fəaliyyəti ona görə qabarıq gözə çarpır ki, bütün idarəetmə dövlət başçısının əlində cəmlənib.

Əslində, bu, çox doğrudur. Çünki Azərbaycan yenicə müstəqilliyinə qovuşmuş gənc bir dövlətdir. Müstəqilliyimizin cəmi 20 yaşı var, ölkə yenicə inkişaf etməyə başlayıb. Odur ki, ölkənin idarə olunması bir mərkəzdən aparılmalıdır, inkişaf daha da sürətlənsin, ölkədə həyata keçirilən islahatlar effektli olsun. Başqa bir misal. Rəqiblərimiz deyirlər ki, ölkənin milli sərvətlərinin dünya bazarlarında satışından əldə olunan gəlirlər guya lazımsız işlərə xərclənir. Bizə bu qədər mənzil tikintisi, yol çəkilişi, park-bulvar salınması lazım deyil. Gəlin həmin vəsaitləri əməkhaqlarının, ailələrin büdcəsinin artırılmasına yönəldək. Bilirsiniz, bunu söyləyənlər uzağı görə bilməyən insanlardır. Əməkhaqlarının artırılması sadə bir şeydir. Amma gəlin görək Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatından nə dərəcədə təcrid olunub? Sabah birjalarda neftin qiyməti düşərsə, ya qalxarsa, necə olacaq? Bu sadə Azərbaycan vətəndaşının büdcəsinə təsir etməyəcək? Ölkədə inflyasiya olmayacaq? Bilirsiniz, belə fikirlər səsləndirənlərin fikirləri ötən əsrin 90-cı illərində qalıb. Yəqin həmin illər yadınızdadır. Ölkədə ərzaq məhsullarının qiyməti günbəgün deyil, saatbasaat qalxırdı. Sonu nə oldu? Sadə vətəndaşların etimadından istifadə edən bəzi möhtəkirlər əhalinin pullarını banklara toplayıb, sonra da götürüb aradan çıxdılar. Bax budur dövlətin səriştəsiz, uzaq görmədən idarə olunmasının sonu. Bizim hazırkı dövlət başçımız isə ölkəni çox böyük uzaqgörənliklə idarə edir. İndi regionlardakı inkişaf, abadlıq–quruculuq işləri paytaxtdan heç də geri qalmır. Geniş magistral yollar, yaraşılqlı park və xiyabanlar, yündürmərtəbəli binaların inşası, yeni-yeni istehsal müəssisələrinin yaradılması regionların simasını tamamilə dəyişib-indi iri şəhərlərimiz paytaxt Bakı ilə rəqabət apara biləcək qədər müasirləşib. Bax budur ağıllı idarəetmə bacarığı. Odur ki, kimin hansı fikri söyləməsindən asılı olmayaraq, dövlət başçısı ölkəni məharətli idarə edir. Onun bu sahədəki bacarığı, eyni zamanda, xalq arasındakı nüfuzu heç müzakirə mövzusu belə ola bilməz. Məhz bu səbəbdən də digər ölkə vətəndaşları kimi, Azərbaycanda yaşayan ruslar da qarşıdakı prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Müxalifət düşərgəsi təmsilçiləri tez-tez hakim Yeni Azərbaycan Partiyasının ünvanına iradlar səsləndirirlər. Onlara deyirəm ki, öncə 90-cı illərin əvvəllərində ölkəni hansı vəziyyətə gətirdiklərini yadlarına salsınlar. Azərbaycan vətəndaş müharibəsi həddinə çatmışdı, hər gün cəbhə bölgəsində onlarla igidlərimiz şəhid olurdu, ölkədə anarxiya, xaos yaranmışdı. İnsanlarda sabah yuxudan sapsağlam oyanacağına belə ümid qalmamışdı. Hər gün cəbhə bölgəsindəki mövqelərimizin itirilməsi xəbərini eşidirdik. Ölkədə kriminal durum ən yüksək həddə çatmışdı. Bəs bunları kimin ünvanına yazaq? O zaman ki, Yeni Azərbaycan Partiyası (YAP) hələ yaranmamışdı. Məgər ölkədəki idarəetməni bərbad vəziyyətə salıb, hakimiyyətdən qaçan siz deyildinizmi? Dar gününüzdə YAP-ı, onun lideri Heydər Əliyevi hakimiyyətə dəvət edənlər də elə siz deyildinizmi? Məhz sizin bərbad idarəçiliyinizi görən xalq, sizdən həmişəlik üz döndərdi. Və bundan sonra ölkədə keçirilən seçkilərin hamısında məhz Azərbaycan dövlətinin xilaskarı-DAHİ Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası mütləq qələbə qazandı.

Müxalifətin nə iddia etməsindən asılı olmayaraq YAP-ın lideri, cənab İlham Əliyev Azərbaycanı çox düzgün və məharətlə idarə edir. Dövlətimizin gündən-günə artan nüfuzu, eyni zamanda, partiyamızın nüfuzunun da artmasına səbəb olur. Bu gün Yeni Azərbaycan Partiyası dünya siyasi partiyaları arasında böyük nüfuza malikdir. YAP-ın beynəlxalq əlaqələri ilbəil genişlənir. Bu gün YAP Avropanın və Asiyanın aparıcı siyasi partiyalarının yer aldığı beynəlxalq təşkilatların üzvüdür. Hesab edirəm ki, partiyamızın Sədri, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra daha da inkişaf edəcək, iqtisadi qüdrəti artacaq, dünyanın nüfuzlu, söz sahibi olan ölkələrindən biri kimi imicini qoruyub saxlayacaq`.

AzVision.az



Teqlər:  





Xəbər lenti