İlham Əliyevlə Ərdoğanın səmimi görüşü - FOTO

İlham Əliyevlə Ərdoğanın səmimi görüşü - FOTO
  20 Oktyabr 2017    Oxunub:4764
Azərbaycan Prezidenti İlham Əliyev İstanbula səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

AzVision.az xəbər verir ki, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Görüş zamanı tərəflər səmimi söhbət ediblər.


Qeyd edək ki, bu gün İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Türkiyə   Azərbaycan   Ərdoğan  





Xəbər lenti