AŞPA seçkilərə hazırlıqları yüksək qiymətləndirdi

AŞPA seçkilərə hazırlıqları yüksək qiymətləndirdi
  17 Sentyabr 2013    Oxunub:1193
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı nümayəndə heyəti, oktyabr ayında keçiriləcək prezident seçkilərində Azərbaycan hökumətinin səsvermənin beynəlxalq müşahidəçilərin iştirakı ilə təşkil olunmasının tərəfdarı olduğunu vurğulayıb.

Mərkəzi Seçki Komissiyası maarifləndirmə kampaniyası aparır, seçki komissiyaları üçün təlimlər təşkil edir və seçicilərin siyahılarının tərtib olunması üzrə daimi iş aparır. Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı nümayəndə heyətinin Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanatında bildirilir.

Hazırda görülən işləri yüksək qiymətləndirən AŞPA təmsilçiləri səsvermə günü uğurlu nəticələrin də səldə ediləcəyinə əminlik ifadə ediblər.

Bununla yanaşı bəyanatda qeyd olunur ki, qarşıdakı seçkilərin rəqabət mühitində keçiriləcəyi gözlənilir: `On nəfərdən çox olacağı ehtimal edilən prezidentliyə namizədlərin rəsmi sayı hələ dəqiq müəyyən olunmayıb. Müəyyən probləmlərin olması təbiidir. Nümayəndə heyəti ümid edir ki, səsvermədən sonra seçkini Azərbaycan xalqının iradəsinə və Avropa Şurası standartlarına uyğun qiymətləndirəcək`.

Qeyd edək ki, AŞPA nümayəndə heyəti 2013-cü il sentyabrın 10-dan 13-dək Milli Məclis sədrinin dəvəti ilə Bakıda olub. Heyət üzvləri Azərbaycan prezidenti, Parlamentin spikeri, Azərbaycanın AŞPA-dakı təmsilçiləri, Mərkəzi Seçki Komissiyasının sədri, daxili işlər naziri, müxtəlif siyasi partiyaların, QHT, KİV və diplomatik korpusların nümayəndələri, o cümlədən prezidentliyə namizədlərlə görüşlər keçiriblər. Ümumilikdə32 nəfərdən ibarət nümayəndə heyəti oktyabrın 7-də Bakıya qayıdacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti