Dağıstanın yeni rəhbəri: “Azərbaycan Qafqazda sabitlik amilinə çevrilib”
AzVision.az-ın məlumatına görə, Vladimir Vasilyevin məktubunda deyilir:
Müstəqil Azərbaycan Respublikası tarixi baxımdan qısa müddətdə iqtisadiyyatın, sosial sahənin inkişafı, vətəndaşların rifahının yüksəldilməsi sahələrində sanballı uğurlar qazanıb, Qafqaz regionunda sabitlik və sülh amilinə çevrilib. Əlbəttə, bu müsbət nəticələr Sizin yürütdüyünüz ölçülüb-biçilmiş xarici və daxili siyasət sayəsində qazanılıb.
Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına qurucu əməyinizdə uğurlar, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.
AzVision.az
Teqlər: İlham-Əliyev Dağıstan