Naxçıvanda yenə heç kimin kommunal borcu yoxdur
Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.
Həmçinin Dövlət Energetika Xidməti üzrə 2017-ci ilin sentyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb. Məlumata əsasən, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerjisi ödənişi 100 % nəticə ilə yerinə yetirilib. Belə ki, abonentlərin elektrik enerjisi borcu qeydə alınmayıb.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Naxçıvan