Nazirlikdə yeni şöbə müdiri təyinatı - Novruzov kimdir?
AzVision.az xəbər verir ki, əmrə əsasən Novruzov Namiq Samur oğlu bu vəzifəyə təyinat alıb.
1995-96-cı illərdə ABŞ-ın “Centralia Community Colleg” nin siyasi elmlər fakultəsində təhsil alıb.
1997-98-ci illərdə London şəhərində hazırlıq kursunda təhsil almış, 1999-cu ildə İngiltərənin Loverpool John Murs universitetinə qəbul olunmuş, daha sonra isə təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində davam etdirib.
2003-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakultəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirib.
2007-2011-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının menecment fakultəsində təhsil alıb.
2000-ci ildə “BM” hüquq şirkətində hüquqşünas köməkçisi vəzifəsində fəaliyyətə başlamış və 2006-cı ildə həmin şirkətdə vitse prezident vəzifəsinə qədər yüksəlib.
2007-2010- cu illərdə müxtəlif şirkətlərdə hüquq şöbəsinin müdiri və direktor vəzifələrində çalışıb.
2012-ci ildən Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 2013-cü ildən isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri səlahiyyətlərini icra edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Nazirlik