Gürcüstanla hərbi əməkdaşlıq müzakirə olunub
Müdafiə nazirləri hərbi sahədə əməkdaşlığın inkişafının ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə, xüsusilə Müdafiə Nazirlikləri arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.
Tərəflər Azərbaycan və Gürcüstan ərazisində həyata keçirən mühüm infrastruktur layihələrinin təhlükəsizliyinin təmin olunmasında formalaşmış ikitərəfli tərəfdaşlığın gücləndirilməsinin vacibliyini də xüsusi vurğulayıblar.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Azərbaycan Gürcüstan Zakir-Həsənov