Zakir Həsənov Gürcüstanın Baş Qərargah rəisi ilə danışıqlarda
Görüşdə Silahlı Qüvvələrin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin, o cümlədən hərbi mütəxəssislərin görüşlərinin təşkili və keçirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafına və yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə köməklik göstərəcəyi bildirilib.
Tərəflər Gürcüstanın da iştirakı ilə üçtərəfli və ikitərəfli formatda birgə təlimlərin keçirilməsinin Silahlı Qüvvələrimizin bölmələri arasında əməliyyat uzlaşmasının əldə olunmasına və regional təhlükəsizliyə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər.
AzVision.az
Teqlər: Zakir-Həsənov