Britaniya jurnalı İlham Əliyevdən yazıb

Britaniya jurnalı İlham Əliyevdən yazıb
  17 Sentyabr 2013    Oxunub:1091
Böyük Britaniyada nəşr edilən nüfuzlu “Diplomat” jurnalının sentyabr-oktyabr buraxılışında “İlham: Bir Prezidentin portreti” kitabı haqqında məqalə dərc edilib.
Tədqiqatçı Qreym Hovard Vilson tərəflindən ingilis dilində yazılmış kitabda Azərbaycanın tarixindən, sovet dövründəki ictimai-siyasi proseslərdən, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrindən, milli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişafdan bəhs edilir.

Xalqımızın tarixi dövlətçilik ənənələri barədə məlumat verən müəllif yazır ki, Azərbaycanın geosiyasi mövqeyi böyük güclərin bu bölgədəki maraqlarının toqquşmasına səbəb olub. Nəticədə Azərbaycan xalqının maddi–mədəni irsinə qarşı təcavüz halları baş verib.


Teqlər:





Xəbər lenti