Bakı-Qazax yolunda dörd KamAZ toqquşub

Bakı-Qazax yolunda dörd KamAZ toqquşub
  17 Sentyabr 2013    Oxunub:1069
Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, DYP postu yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Dörd KamAZ markalı yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzaya səbəb daşla yüklü olan KamAZ-ların önündə gedən maşının idarəetməni itirməsi olub.

Hadisə nəticəsində Bakı-Qazax yolunda böyük tıxac yaranıb. DYP əməkdaşları avtomobillərin hərəkətinin bərpası üçün səylər göstərir.(apa)


Teqlər:





Xəbər lenti