“Azərbaycanla saziş yaxşı hazırlanmalıdır” - Aİ rəsmisi

“Azərbaycanla saziş yaxşı hazırlanmalıdır” - Aİ rəsmisi
  13 Oktyabr 2017    Oxunub:2154
“Düşünürəm ki, Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişin növbəti müzakirə mərhələsi noyabrın 24-ü keçiriləcək “Şərq Tərəfdaşlıq” sammitinə kimi baş tutacaq”.
AzVision.az-ın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, bu istiqamətdə işlər yaxşı gedir və bu saziş Aİ və Azərbaycan arasında gələcək əməkdaşlığın fundamental prinsiplərini əks etdirir:

“Buna görə, sazişin tez bir zamanda hazırlanması deyil, yaxşı hazırlanması mütləqdir. Saziş sammitə qədər hazırlansa, daha yaxşı olar. O vaxta kimi çatdırmasaq da belə çalışacağıq ki, işləri tez yekunlaşdırmaq üçün danışıqları eyni tempdə davam etdirək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Azərbaycan  





Xəbər lenti