Avropa İttifaqı Azərbaycanın AŞPA-da qalmağını istəyir

Avropa İttifaqı Azərbaycanın AŞPA-da qalmağını istəyir
  13 Oktyabr 2017    Oxunub:2670
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan və AŞPA arasındakı gərginliyə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Aİ rəsmisi məsələnin dialoq yolu ilə həllinin vacibliyini vurğulayıb:

“Hesab edirəm ki, AŞPA ümumu olaraq hamı tərəfindən qəbul olan dəyərləri təmsil edən olduqca əhəmiyyətli təşkilatdır. Bu təşkilata üzv olan istənilən ölkə dialoq və intensiv iş köməkliyi ilə irəli getməlidir. Bu məsələ dialoq yolu ilə həll olunmalıdır. Hesab edirəm ki, bu önəmli təşkilatda qalmaq üçün biz hamımız səylər göstərməliyik. Bakı və Strasburq daima dialoqdadır, bu anlamda önəmli məsələlər həll olunur”.

Səfir bundan sonra da dialoqun davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Avropa-İttifaqı   Azərbaycan   AŞPA  





Xəbər lenti