Pentaqon rəsmisi: “ABŞ Azərbaycanı vacib tərəfdaş hesab edir”
"Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. 94 azərbaycanlı əsgər Əfqanıstanda fəaliyyət göstərir, sabitlik və təhlükəsizliyin təminatına töhfə verir. Azərbaycan hökumətinin müxtəlif təmsilçiləri ilə görüşlər keçirdim. Buraya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Sərhəd Qoşunları və Prezident Administrasiyası daxildir. Müzakirələrimiz ABŞ-ın Əfqanıstan və Cənubi Asiyada tətbiq etdiyi, sülhməramlıların yerləşdirilməsinə dair yeni yanaşma ilə bağlı oldu. Bu yeni yanaşmaları Azərbaycan rəsmiləri ilə müzakirə etdik".
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: ABŞ Azərbaycan NATO