Yeni energetika naziri kimdir? - DOSYE
AzVision.az-ın məlumatına görə, Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilədək Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olub.
Ailəlidir, iki övladı var. İngilis, alman və rus dillərini bilir.
Qeyd edək ki, Pərviz Şahbazov Prezident Administrasiyasının İşlər müdiri Oqtay Şahbazovun oğludur.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Nazir